Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağstafa rayon Mədəniyyət Mərkəzinin Köçəsgər kənd mədəniyyət evində baramaçılarla görüş keçirilib

06.12.2025

06 dekabr 2025 - ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli, 3406 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının müvafiq bəndləri üzrə  maarifləndirmə və təbliğat işi aparılması məqsədilə Köçəsgər kənd mədəniyyət evində görüş keçirdi. Kənd sakinlərinin, o cümlədən kümçülərin iştirakı ilə keçirilən iclasda  Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru X. Əzimova  çıxış edərək barama istehsalı və emalı sahəsinə yerli və xarici investorların cəlb edilməsini  barama tədarük edən kümçülərin iş fəaliyyətlərinə hər zaman  müsbət təsir etdiyini bildirdi.
O cümlədən  qabaqcıl barama istehsalçılarının naliyyətlərinin təşviqi sahəsində qabaqcıl baramaçıların hər zaman dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını nəzərə çatdırdı.
İclasda hər il barama istehsalı ilə məşğul olan kənd sakinləri Kəbiyeva Afət Məhərrəm qızı, Quluyeva Piyalə Qulu qızı 
iştirakçıları maraqlandıran sualları ətraflı şəkildə cavablandırdılar. Qeyd etdilər ki,  ailə üvləri və yaxın qohumlarının köməyi ilə  müxtəlif illərdə barama saxlamaqla həm dövlətə dəstək olmuş və bu sahədən 1500, 3000  min manat arasında gəlir əldə etmişlər. Çıxışlarda  son illərdə respublikamızda baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilməsi bildirildi. Qeyd olundu ki, artıq ölkəmizin 40-dək bölgəsində insanlar baramaçılıqla məşğul olaraq bu sahədən yaxşı gəlir götürürlər. İclasın keçirilməsində əsas məqsəd baramaçığın inkişafına dəstək vermək, ictimaiyyəti bu sahədə maarifləndirməkdən ibarət idi.